Biz kimik

Dünyanın aparıcı və qabaqcıl kompaniyalarından sayılan “XİOlift – SWORD Elevator” və “Hangzhou Aolida Elevator Company” şirkətlərinin Respublikamızdakı nümayəndəliyi “SVORD-A.A.SERVİCES” MMC-dir. Azərbaycan Respublikasının qabaqcıl lift şirkətlərinin müştərək biznes əməkdaşlığının məhsulu kimi fəaliyyət göstərən şirkətimiz öz işini bu məşhur kompaniyaların prinsiplərinə uyğun qurmuş və artıq Azərbaycan bazarında öz mövqeyini təsdiq etmişdir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 02 iyul 2015-ci ildə qeydiyyata alınmış və əsas fəaliyyətə başlamışdır. Artıq 6 ilə yaxındır ki, “SVORD-A.A.SERVİCES” MMC Respublikamızın bir sıra öndə gedən yerli və xarici kompaniyaları ilə əməkdaşlıq edir və günü-gündən də əhatə dairəsi genişlənməkdədir. Gərgin əmək və iş fəaliyyətimizin nəticəsidir ki, Respublikamızın bir çox dövlət və qeyri-dövlət müəssisələrində tərəfimizdən ölkəmizə idxal olunmuş liftlərə və eskalatorlara texniki xidmətlə yanaşı, quraşdırma, sazlama və təmir işləri də həyata keçirilir. Daimi texniki baxış, profilaktika işləri, yüksək ixtisaslı xidmətçi personal və məhsulların işinin etibarlılığı bizim müvəffəqiyyətli əməkdaşlığımızın bariz nümunəsidir.

Hal-hazırda “SVORD-A.A.SERVİCES” MMC-nin dövlət və qeyri-dövlət müəssisələri, eləcə də ofis və yaşayış binalarında quraşdırmış olduğu 500-dən çox yük, sərnişin , xəstəxana, panoram, mətbəx və müxtəlif tipli liftləri, eləcə də eskalatorları minlərlə insana xidmət edir.

Fəaliyyətə başladığı andan öz müştərilərinə və əhaliyə yüksək keyfiyyətli xidmət göstərməyi qarşısına məqsəd qoyan “SVORD-A.A.SERVİCES” MMC tez bir zamanda Azərbaycan şirkətləri arasında özünəməxsus yerlərdən birini tutmağa nail olmuşdur. Belə ki, cəmiyyətimiz bu gün Azərbaycanın dinamik inkişaf edən ən qabaqcıl kompaniyalarından biri hesab olunur. Aydın mövqeyə, yüksək ixtisaslı komandaya, yüksək texnoloji avadanlığa, müştərilər və tərəfdaşları ilə çoxillik pozitiv qarşılıqlı əlaqələrə malik olan şirkətimizin əsas məqsədi ən yüksək səviyyədə Respublikamızın lift bazarında öz yerini möhkəmləndirməkdir.

Sifarişçilərinin uzunmüddətli maraqlarının təmin olunmasını “SVORD-A.A.SERVİCES” MMC öz fəaliyyətində əsas prioritet hesab edir. Şirkətin ən böyük nailiyyəti isə onun kadrlarıdır. Belə ki, yarandığı gündən etibarən şirkətdə çalışan daha böyük təcrübəyə malik işçilər, lift avadanlıqları üzrə bütün texniki biliklərə sahiblənməklə, bu avadanlıqlarda daha səlist işləmə bacarığına yiyələnmiş və müəyyən sertifikatlar əldə etmişlər.

Cəmiyyətdə yüksək ixtisaslı və peşəkar mütəxəssislər olmaqla ümumilikdə 150 nəfər işçi çalışır. Onlardan 10 nəfəri qulluqçu, 45 nəfər montaj və 95 nəfər isə fəhlə kimi fəaliyyət göstərir.

Respublikamızın qabaqcıl şirkətlərindən biri olaraq artıq 500-dən çox lift və eskalatorlar, müxtəlif təyinatlı binalarda, dövlət, qeyri-dövlət, yaşayış, ofis və idarə binalarında tərəfimizdən quraşdırılmışdır. Mütəmadi olaraq avadanlıqlarda texniki nəzarət və servis işlərinin aparılması lift və eskalatorların ömrünün uzadılmasına, daha uzun müddətli istismar olunmasına və problemsiz işləməsinə gətirib çıxarır. Bütün bunlara isə şirkətimiz maddi-texniki bazasının sayəsində nail ola bilir.

“SVORD-A.A.SERVİCES” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətayi rayonu, F.Bayramov küçəsi 15, ofisin yerləşdiyi ünvan isə Bakı şəhəri, Nərimanov rayonu, N.Nərimanov küçəsi 909-dur. Ofis bütün texniki avadanlıqlarla təmin olunmuşdur. Bakı şəhəri üzrə 3 ünvanda, cəmiyyətimizin qəza çağırış xidmət ofisləri fəaliyyət göstərir. Şirkət əlavə olaraq Bakı şəhəri, Abşeron rayonu, Məhəmmədi qəsəbəsində, ümumi sahəsi 1.0 ha olan istehsalat bazasına, minik və yük avtomobillərinə sahibdir.

Avadanlıqlarda aparılan texniki servis işləri zamanı şirkətimiz mənsub olduğu ehtiyat hissələri bazası və zərurət yarandığı halda yeni original avadanlıqların birbaş istehsalçı zavoddan ən qısa zaman ərzində təchiz və əsasən də texniki dəstəklə təmin edilməsi kimi hallardan maksimum yararlanmaqla öz işini daha da təkmilləşdirir.

Şirkətin istər xidmət, istərsə də montaj sahəsində çalışan bütün işçiləri gödəkcə, şalvar, işçi ayaqqabı, papaq, dəbilqə, əlcək və s. tikinti sahəsində çalışan işçi üçün zəruri bütün geyim əşyaları ilə təmin olunurlar.

About