Heydər Əliyev adına Ali Hərbi Məktəbdə SVORD Lift şirkəti tərəfindən 4 ədəd MRL tipli, Aolida markalı müasir sərnişin liftləri uğurla təchiz edilərək quraşdırılmış və istismara verilmişdir. Layihə çərçivəsində bütün quraşdırma işləri yüksək keyfiyyət və beynəlxalq standartlara uyğun şəkildə icra olunmuşdur. Quraşdırılan liftlər təhlükəsizlik, etibarlılıq və komfort baxımından tam təmin edilmiş, enerji səmərəliliyi və səssiz işləmə xüsusiyyətləri ilə seçilir.
SVORD Lift şirkəti tərəfindən layihə üzrə həmçinin texniki dəstək, servis xidməti və istismar müddətində davamlı nəzarət təmin olunur. Şirkətimiz müasir lift texnologiyalarının tətbiqi ilə müştərilərinə etibarlı və uzunömürlü həllər təqdim etməyə davam edir.