Baku Auto Mall layihəsi çərçivəsində müasir texnologiyalara uyğun olaraq panoramik və yük liftlərinin quraşdırılması həyata keçirilmişdir. Bu işlər SVORD Lift tərəfindən yüksək keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə icra olunmuşdur.
Panoramik liftlər şəffaf və estetik dizaynı ilə məkana dəyər qataraq istifadəçilərə rahat və vizual baxımdan cəlbedici hərəkət imkanı yaradır. Yük liftləri isə güclü konstruksiyası və yüksək daşıma qabiliyyəti ilə obyektin logistik ehtiyaclarını səmərəli şəkildə qarşılayır.